Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2021-ci il 1 dekabr tarixli 375 nömrəli Qərarına əsasən 2022-ci ildə aşağıdakı günlər iş günü hesab edilmir:
1, 2 yanvar – Yeni il bayramı
20 yanvar – Ümumxalq hüzn günü
8 mart – Qadınlar günü
20, 21, 22, 23, 24 mart – Novruz bayramı
9 may – Faşizm üzərində qələbə günü
2, 3 may – Ramazan bayramı
28 may – Müstəqillik Günü
15 iyun – Azərbaycan xalqının milli qurtuluş günü
26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü
9, 10 iyul - Qurban bayramı
8 noyabr – Zəfər Günü
9 noyabr – Azərbaycan Respublikasının Dövlət bayrağı günü
31 dekabr – Dünya azərbaycanlılarının həmrəyliyi günü
Daha ətraflı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi