e-Sosial.az portalı - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ildə istifadəyə verilmişdir. Portal, vətəndaşlara onların sosial təminat və müdafiə, əmək, məşğulluq, pensiya, müavinət, əlillik və digər sosial hüquqları ilə bağlı məlumatlara real vaxt rejimində çıxış imkanı yaradır.
Sistemin əsas xüsusiyyətləri 16 elektron altsistemi və 2 reyestri özündə birləşdirir, mobil tətbiqləri vasitəsilə (Android və iOS) istifadəçilərə daha əlçatan və rahat xidmət təqdim edir, istifadəçilər əmək müqavilələri, fərdi uçot, pensiya kapitalı, sosial təminat növləri, torpaq-pay mülkiyyəti, əlillik və reabilitasiya kimi sahələrdəki məlumatlarına asanlıqla baxa bilərlər.
Beynəlxalq Uğurlar:
- 2024-cü ildə ABŞ-ın “Communitas Awards” müsabiqəsində “Excellence In Corporate Social Responsibility” kateqoriyası üzrə qalib olmuş və “Excellence Winner 2024” mükafatına layiq görülmüşdür;
- ABŞ-ın beynəlxalq onlayn “dotCOMM Awards” müsabiqəsində “Dövlət saytı” nominasiyası üzrə “Platinium” kateqoriyasında qalib seçilmişdir;
- BMT-nin Beynəlxalq Telekommunikasiya İttifaqının keçirdiyi “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti – 2023” müsabiqəsində “Çempion layihə” mükafatına layiq görülmüşdür.
Bu portal, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 iyun tarixli 1367 nömrəli Fərmanına və Nazirlər Kabinetinin 2021-ci il 24 iyul tarixli 226 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”na əsasən yaradılmışdır. e-ttkf.edu.az portalı, Təhsil Tələbə Krediti Fondunun fəaliyyətini rəqəmsallaşdırmaq, tələbələrin təhsil kreditlərinə müraciət prosesini asanlaşdırmaq və şəffaflığı təmin etmək məqsədilə qurulmuşdur.
Əsas funksiyalar:
- Müraciətlərin elektron qəbulu: Tələbələr portal vasitəsilə təhsil kreditlərinə müraciət edə bilərlər;
- Məlumatların mərkəzləşdirilməsi: Təhsil müəssisələri və banklarla inteqrasiya olunaraq məlumatların vahid platformada toplanması və idarə olunması;
- Kredit növlərinin idarə olunması: Sosial və standart təhsil tələbə kreditlərinin şərtlərinə uyğun olaraq müraciətlərin qiymətləndirilməsi və təsdiqlənməsi;
- Şəffaflıq və izləmə: Tələbələr müraciətlərinin statusunu real vaxt rejimində izləyə bilərlər.
myEV.az – Azərbaycanın elektromobil ekosisteminə rəqəmsal töhfə!
myEV.az – elektrik avtomobil sahibləri və şarj stansiyası operatorları üçün yaradılmış rəqəmsal platformadır. Tətbiq, həm ictimai, həm də şəxsi şarj stansiyalarının idarə olunmasını, izlənməsini və istifadəsini asanlaşdırır.
Əsas xüsusiyyətlər:
- Canlı xəritə və stansiya statusu: Ətrafınızdakı şarj stansiyalarını real vaxtda tapmaq və onların mövcudluğunu yoxlamaq;
- Rezervasiya və onlayn ödəniş: Növbə gözləmədən şarj stansiyalarını əvvəlcədən bron edin və ödənişlərinizi tətbiq vasitəsilə həyata keçirmək;
- Şəxsi şarj stansiyası idarəetməsi: Öz şarj stansiyanızın enerji istifadəsini izləmək, rezervasiyaları idarə etmək və tam nəzarətə sahib olmaq;
- Statistik hesabatlar: İstifadə statistikaları və gəlir analizləri ilə məlumatlı qərarlar qəbul etmək; / istifadəçi və enerji sərfiyyatı statistikalarının toplanması və təhlili;
- Ziyarətçilər ilə bağlı məlumatların təhlükəsiz saxlanılması və email;
- Bildirişlər: Şarj prosesinin gedişi, rezervasiya təsdiqləri və digər vacib yeniliklər haqqında ani bildirişlər almaq.
Sadə və istifadəsi asan interfeys, ağıllı şarj planlaması, vaxt və enerji qənaəti və analitik göstəricilər sayəsində daha effektiv idarəetmə istifadəçilər üçün üstünlüklərdir.
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi üçün “e-KOB evi” portal - Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2021-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən yaradılmışdır. Portal, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların mərkəzləşdirilmiş qaydada əldə edilməsini asanlaşdırmaq və dövlət-biznes (G2B) və biznes-biznes (B2B) xidmətlərinin elektron formada həyata keçirilməsini təmin etmək məqsədi daşıyır.
Sahibkarlıq fəaliyyəti üçün zəruri olan normativ hüquqi aktlar, ödəniləcək vergi və rüsumlar, hesabatlar, lisenziya və icazələr kimi məlumatların mərkəzləşdirilmiş şəkildə təqdim edilməsi, Dövlət orqanları tərəfindən göstərilən xidmətlərin elektronlaşdırılması və “bir pəncərə” prinsipi əsasında həyata keçirilməsi əsas məqsədlərdəndir.
Əsas funksiyalar:
- Biznes Naviqator: KOB-ların müştərilərlə qarşılıqlı əlaqələrinin, təchizat zəncirlərinin, informasiya və sənədlərin idarə edilməsi;
- Sahibkarın Elektron Kabineti: KOB subyektlərinə müvafiq məlumatların əldə olunması, ödənişlərin həyata keçirilməsi və dövlət orqanları ilə qarşılıqlı əlaqə imkanı;
- Elektron xidmətlər: Dövlət orqanları tərəfindən göstərilən xidmətlərə müraciətlərin təqdim edilməsi, qəbulu və cavablandırılması proseslərinin elektronlaşdırılması.
“e-Keyfiyyət” Elektron İnformasiya Sistemi, texniki tənzimləmə, standartlaşdırma, metrologiya və akkreditasiya sahəsində xidmətlərin rəqəmsallaşdırılması, şəffaflığın təmin edilməsi və vətəndaşların maarifləndirilməsi məqsədilə yaradılmışdır.
Əsas funksiyalar:
- Elektron müraciətlərin qəbulu: İstehlakçılar və sahibkarlar tərəfindən müxtəlif sahələr üzrə müraciətlərin elektron formada təqdim edilməsi;
- Çarpaz yoxlamalar: Müraciət edən şəxsin təqdim etdiyi məlumatların müvafiq dövlət qurumlarının informasiya sistemləri vasitəsilə avtomatik yoxlanılması;
- Sertifikatların və icazələrin verilməsi: Təsdiqlənmiş müraciətlər əsasında müvafiq sənədlərin elektron formada verilməsi;
- Reyestr və arxiv: Verilmiş sənədlərin sistemdə qeydiyyata alınması və arxivləşdirilməsi, bu da onların izlənməsini və yoxlanmasını asanlaşdırır.
Elektron Səhiyyə mobil tətbiqi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təqdim etdiyi rəqəmsal platformadır. Bu tətbiq, vətəndaşlara və tibb işçilərinə elektron tibbi xidmətlərə asan və sürətli şəkildə daxil olmağa imkan verir.
Tətbiqin əsas xüsusiyyətləri
- Elektron xəstəlik vərəqələri: İstifadəçilər xəstəlik vərəqələrini elektron formada əldə edə və çap edə bilərlər;
- Elektron epikrizlər: Xəstəlik tarixçəsi və müalicə məlumatlarını elektron şəkildə əldə etmək mümkündür;
- Elektron reseptlər: Həkimlər tərəfindən yazılmış reseptlər elektron formada təqdim edilir;
- Sertifikasiya şəhadətnamələri: Tibb işçiləri sertifikasiya şəhadətnamələrini tətbiq vasitəsilə əldə edə bilərlər;
- Davamlı tibbi təhsil: Həkimlər fərdi inkişaf planlarına il ərzində topladıqları kredit ballarını yerləşdirə bilərlər;
- Mərkəzləşdirilmiş işə qəbul: Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində işə qəbul prosesi elektron formada həyata keçirilir.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən həyata keçirilən xidmətlərin vahid mərkəzdən aparılması, onların əlçatanlılığı və keyfiyyətinin artırılması, şəffaflığın təmin edilməsi, ünvanlılıq və ədalət prinsiplərinin rəhbər tutulması məqsədilə vahid və mərkəzləşdirilmiş bir platforma olan “e-Rəqabət” portalının yaradılması və digər dövlət qurumlarında tətbiq edilən informasiya sistemləri ilə inteqrasiya edilməsi məqsədilə ərsəyə gətirilmişdir.
Əsas funksiyalar:
- Elektron müraciətlərin qəbulu: İstehlakçılar və sahibkarlar tərəfindən müxtəlif sahələr üzrə müraciətlərin elektron formada təqdim edilməsi;
- Çarpaz yoxlamalar: Müraciət edən şəxsin təqdim etdiyi məlumatların müvafiq dövlət qurumlarının informasiya sistemləri vasitəsilə avtomatik yoxlanılması;
- Sertifikatların və icazələrin verilməsi: Təsdiqlənmiş müraciətlər əsasında müvafiq sənədlərin elektron formada verilməsi;
- Reyestr və arxiv: Verilmiş sənədlərin sistemdə qeydiyyata alınması və arxivləşdirilməsi, bu da onların izlənməsini və yoxlanmasını asanlaşdırır.
Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2021-ci il tarixli 1487 nömrəli Fərmanına əsasən, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi ilə inşa edilmiş və istifadəsiz qalan mənzillərin satışı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilib, “Mənzillərin Satışı Portalı” (https://ms.sosial.gov.az/ ) qurulmuşdur. Satışdan əldə olunan vəsait, digər bölgələrdə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatına yönəldilmişdir.
Sistemin əsas funksiyaları:
- Elektron satış platforması: Portal vasitəsilə mənzillərin satışı onlayn qaydada həyata keçirilir;
- Məlumatların təqdimatı: Mənzillərin ünvanı, sahəsi, otaq sayı, mərtəbəsi, təmir vəziyyəti və qiyməti kimi məlumatlar portalda əks olunur;
- ASAN Login inteqrasiyası: İstifadəçilər ASAN Login vasitəsilə portala daxil olaraq şəxsi kabinet yarada və mənzilləri bron edə bilərlər;
- Avtomatlaşdırılmış seçim: Mənzili ilk seçən şəxs onu almaq hüququ qazanır və bu barədə dərhal məlumatlandırılır;
- Ödəniş və müqavilə: Mənzilin dəyəri 10 gün ərzində tam ödənildikdən sonra, notariat qaydasında alqı-satqı müqaviləsi bağlanır.
Əngəlsiz Həyat portalı, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların yaradıcılıq nümunələrini cəmiyyətə tanıtmaq və onların iqtisadi fəaliyyətə inteqrasiyasını təmin etmək məqsədilə hazırlanmışdır. Platforma, bu şəxslərin əl işlərini sərgiləmək və satışını həyata keçirmək üçün rəqəmsal bir mühit təqdim edir.
Əsas funksiyalar:
- Elektron sərgi və satış: İstifadəçilər öz əl işlərini platformada sərgiləyə və satışa çıxara bilərlər;
- Qeydiyyat və identifikasiya: Əlilliyi olan şəxslər platformada qeydiyyatdan keçərək öz profillərini yarada bilərlər;
- Ödəniş sistemi: Satışdan əldə olunan gəlir, vergilər çıxıldıqdan sonra istifadəçinin bank hesabına köçürülür;