ev və sahibsiz heyvanların rəqəmsal idarəetmə platforması
Təşəbbüs: AISTGroup MMC
Status: Hazırlıq mərhələsində
Sahə: Rəqəmsal idarəetmə, baytarlıq xidmətləri, sosial innovasiya
Qısa təsvir:
CanID – ev heyvanları və sahibsiz heyvanların qeydiyyatı, tibbi nəzarəti, sahibləndirilməsi və müşahidəsi üzrə tam dövriyyəli nəzarəti təmin edən, mobil və veb əsaslı idarəetmə platformasıdır. Layihə heyvan rifahının yüksəldilməsi və ictimai iştirakçılığın artırılması məqsədi daşıyır.
Platforma aşağıdakı funksionallıqlarla təmin olunacaq:
- GIS əsaslı elektron qeydiyyat və tibbi tarixçə
- Sahibləndirmə üçün hüquqi və etik uyğunluq qiymətləndirməsi
- Mobil tətbiqlə vətəndaş və operator funksionallığı
- Tapılmış heyvanların idarə olunması və geri qaytarılma mexanizmləri
- Könüllülər və tərəfdaşlarla inteqrasiya modulları
- Donor və maliyyə şəffaflıq paneli
Sanatoriya-Kurort Yollayışlarının Elektron İdarəetmə Sistemi
Təşəbbüs: Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK)
İcraçı texnoloji tərəfdaş: AISTGroup MMC
Status: Qurulmuş və hazırda pilot mərhələsində sınaqdan keçirilən sistem
Sahə: Sosial təminat, səhiyyə, elektron xidmətlər, idarəetmə avtomatlaşdırması
Qısa təsvir:
e-AHİK – sanatoriya-kurort yollayışlarının rəqəmsal əsasda idarə olunmasını təmin edən, müraciətdən təsdiqə və ödənişədək bütün mərhələləri əhatə edən kompleks elektron platformadır. Layihə həm AHİK-in daxili əməliyyatlarını, həm də üzvlərin müraciət prosesini çevikləşdirərək şəffaf və avtomatlaşdırılmış xidmət modelini formalaşdırmağı hədəfləyir.
Platformanın əsas funksionallıqları:
- Elektron müraciət və sənəd yükləmə imkanı
- Sanatoriya-kurort tələbatının formalaşdırılması
- Maliyyə mənbələrinin yoxlanması və büdcə uyğunluğunun təhlili
- e-Sənəd üzərindən mübadilə
- İnformasiya sistemləri ilə inteqrasiya
- İlk və Respublika Həmkarlar İttifaqları üzrə çoxpilləli təsdiq mexanizmi
- Elektron ödəniş, yollayışların təsdiqi və çatdırılması
- Müraciətçi status paneli və SMS/e-poçt bildirişləri ilə real vaxtda məlumatlandırma
- Xidmətin icrası və geri bildirim mexanizmi
Gözlənilən nəticələr:
- Qurumdaxili əməliyyatların avtomatlaşdırılması
- Güzəştli təbəqələrin müraciət və təsdiq prosesində şəffaflıq
- Maliyyə və xidmət statistikası üzrə operativ BI hesabatlar
- Sənədləşmə, arxiv və monitorinq proseslərinin rəqəmsallaşdırılması
- Müraciətçi məmnuniyyətinin yüksəldilməsi və ictimai nəzarətin gücləndirilməsi