Məlumatların mühafizəsi, sistemlərin sabitliyi və fəaliyyətlərin şəffaflığı üçün güclü nəzarət mexanizmləri.

AISTGroup informasiya təhlükəsizliyinin təmin olunması və texniki infrastrukturun nəzarətdə saxlanılması sahəsində geniş xidmətlər təqdim edir. Təhlükəsizlik tədbirləri yalnız sistemlərin qorunması deyil, həm də hüquqi uyğunluğun və istifadəçi etibarının təmin edilməsinə xidmət edir.

Audit xidmətləri vasitəsilə informasiya sistemlərində baş verən proseslər izlənilir, risklər qiymətləndirilir və fəaliyyətlərin ardıcıllığı sənədləşdirilir.

Təklif etdiyimiz xidmətlər

Giriş nəzarəti və identifikasiya sistemləri

    • İstifadəçi rollarının və icazələrinin idarə olunması
    • İki mərhələli identifikasiya (2FA) və parol siyasətləri
    • Avtorizasiya protokolları (OAuth2, SAML və s.)
    • Gücləndirilmiş elektron imza texnologiyasının sistemlərə inteqrasiyası

Verilənlərin mühafizəsi və şifrələmə

    • Məlumatların tranzit və saxlanması halında şifrələnməsi
    • Ehtiyat nüsxələrin şifrəli saxlanması
    • Məlumat sinifləndirmə və məxfi informasiyanın idarəedilməsi

Audit və loqlaşdırma sistemləri

    • İstifadəçi və sistem fəaliyyətlərinin izlənməsi
    • Əsas əməliyyatların və dəyişikliklərin qeydiyyatı
    • Mərkəzləşdirilmiş log menecment sistemlərinin qurulması

Risklərin qiymətləndirilməsi və uyğunluq

    • Təhlükəsizlik boşluqlarının və zəifliklərin təhlili
    • ISO/IEC 27001:2013 standartı üzrə sertifikatlı informasiya təhlükəsizliyi idarəetmə sistemi
    • Azərbaycan Respublikasının “Fərdi məlumatlar haqqında” Qanunu və digər normativ aktlara uyğunluq
    • İnformasiya təhlükəsizliyi üzrə siyasət və daxili nəzarət mexanizmlərinin hazırlanması

İş prinsiplərimiz

  1. Mövcud sistemlər üzrə ilkin təhlükəsizlik qiymətləndirməsi
  2. Təhlükəsizlik strategiyası və tədbirlər planının hazırlanması
  3. İnteqrasiya və monitorinq vasitələrinin tətbiqi
  4. İstifadəçi məlumatlarının və sistemin aktiv qorunması
  5. Davamlı audit, hesabat və müşahidə


Əvvəlki layihələrlə tanış olmaq üçün Layihələr bölməsinə keçid edə bilərsiniz.