MEİS

Təşkilatların məlumatlarını və resurslarını vahid platformada effektiv idarə etmək və təhlükəsiz məlumat mübadiləsi təmin etmək üçün hazırlanmış Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi (MEİS) - Təşkilatın fəaliyyət istiqamətlərinə uyğun olaraq bütün sahələrdə informasiyanın bir sistem üzərində toplanması, işlənməsi, saxlanması, axtarışı və idarəedilməsi üçün MEİS aşağıdakı funksionallıqları özündə ehtiva edir:

  • İstifadəçi tərəfindən özünə dair sistemdə toplanmış məlumatlarla tanış olmaq və onların idarə edilməsini həyata keçirmək;
  • Təşkilat üzrə elanların və təbriklərin verilməsi;
  • İdeyaların toplanması üçün fikir bankı;
  • Elektron kitabxana;
  • Planlama üçün təqvim;
  • Təşkilat üzrə dəstək xidmətinin göstərilməsi və izlənilməsi üçün Yardım masası;
  • İstifadəçiləri qeydiyyatdan keçirmək, onlara səlahiyyətlərin verilməsi;
  • Təşkilat üzrə istifadə edilən və ya ediləcək proqram təminatları üzrə vahid identifikasiya platforması.

Bu informasiya sistemi dövlət orqanlarında uğurla tətbiq olunmuşdur, o cümlədən:

  • Səhiyyə Nazirliyi
  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
  • Elm və Təhsil Nazirliyi
  • Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi
  • Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi
  • Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası
  • Azərkontrakt QSC

Sənəd dövriyyəsi sistemi

eSənəd – Elektron sənəd dövriyyəsi sistemi qurumlarda kargüzarlığın elektron formada təşkili və sənədlərlə iş prosesinin avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur. Sistem Azərbaycan Respublikasının “Elektron imza və elektron sənəd haqqında” qanunu və Azərbaycan Respublikası Prezidentinin 935 №-li fərmanı ilə təsdiq edilən “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”-ın tələblərinə uyğun olaraq hazırlanmışdır. Sistemdə kənar təşkilatlar və ya şəxslərdən daxil olan sənədlərin qeydiyyata alınması, icrası və göndərilməsi, həmçinin qurum daxili yazışmaların həyata keçirilməsi üçün zəruri olan bütün funksional imkanlar mövcuddur. 

Bu informasiya sistemi dövlət orqanlarında uğurla tətbiq olunmuşdur, o cümlədən:

  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
  • Səhiyyə Nazirliyi
  • Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi
  • Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası
  • Azərkontrakt QSC

Çağrı mərkəzi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 25 fevral tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları"na uyğun qurulmuş "Çağrı mərkəzi informasiya sistemi" - müxtəlif nazirliklər və dövlət qurumlarında müasir çağrı mərkəzi (Contact Centre) sistemləri qurulmuşdur. Bu həllər vətəndaşlara sürətli, səmərəli və davamlı əlaqə imkanı yaradır. Məlumat, sorğu və şikayət xarakterli müraciətlərinin qəbul edilərək operativ şəkildə cavablandırılması məqsədinə xidmət edir. Eyni zamanda dövlət qurumlarının xidmət keyfiyyətini artırmağa yönəlmişdir.

Qurulan çağrı mərkəzləri aşağıdakı funksiyaları əhatə edir:

  • Daxil olan və əks əlaqə zənglərin idarə olunması
  • Avtomatlaşdırılmış cavab sistemləri (IVR)
  • Zənglərin qeydiyyatı və statistik təhlili
  • Operator paneli və real vaxt izləmə
  • Vətəndaş müraciətlərinin mərkəzləşdirilmiş idarə edilməsi

Bu texnoloji həllər bir neçə dövlət orqanında uğurla tətbiq olunmuşdur, o cümlədən:

  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 25 fevral tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları"na uyğun qurulmuş "Çağrı mərkəzi informasiya sistemi")
  • Səhiyyə Nazirliyi (Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 iyun tarixli 1380 nömrəli Fərmanına əsasən “Müharibə veteranları və şəhid ailələrinə psixoloji yardım və tibbi reabilitasiya üzrə Vahid Nəzarət Platforması”nın və “9109 – Çağrı Mərkəzi”nin qurulması)
  • Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (İstehlak Mallarının Ekspertizası Mərkəzi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 25 fevral tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları"na uyğun “8771 – Zəng Mərkəzi”nin qurulması)
  • Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi üçün Nazirlər Kabinetinin 2015-ci il 25 fevral tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları"na uyğun “Böyük Qayıdışın Qaynar Xətti”nin qurulması)
  • Maliyyə Nazirliyi (Azərbaycan Respublikasinin Maliyyə Nazirliyi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 25 fevral tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları"na uyğun “8778 – Çağrı Mərkəzi”nin qurulması)

 

 

AZS İstehsalat

İstehsalat və satış müəssisələrində satışın avtomatlaşdırılmış uçot sistemidir. Mal-materialın (xidmətin) pasportlaşdırılması ixtiyari bir hazır məhsulun (xidmətin) kalkulyasiya olunması imkanının yaradır ki, bu da son nəticədə istehsalın nəinki uçotunun aparılması və həmçinin onun idarə edilməsinə kömək edir. Proqram təminatı özlüyündə mədaxil, məxaric, maliyyə və hesabatlar modulunu əks etdirir. Bütün əməliyyatlar təsdiqləndikdən sonra digər törəmə əməliyyatlar tətbiq oluna bilər

Növbə və Qonaq Qəbulu

Dövlət qurumları və digər təşkilatlarda vətəndaşların və ziyarətçilərin qəbul və qeydiyyat proseslərini idarə etmək, qəbul üçün vaxt təyin olunması və görüşlərin idarə edilməsi prosesləri, müxtəlif aspektlərdən təhlil aparmaq və qəbula dair məlumatların izlənməsini təmin etmək üçün nəzərdə tutulmuşdur. Sistem növbələrin idarə olunmasını, qonaq qeydiyyatının avtomatlaşdırılmasını və ümumilikdə insan axınının intizamlı və şəffaf şəkildə tənzimlənməsini təmin edir. Bu informasiya sistemi həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində uğurla tətbiq olunmuşdur.

AZSSAU

Satışın avtomatlaşdırılmış uçotu, client-server prinsipində çalışan proqram təminatıdır. Bu proqram təminatı satış müəssisəsinə daxil olmuş mal-materialın yararlılıq müddətini nəzərə almaqla onların məxaric edilməsi, alıcı və təchizatçılarla maliyyə əməliyyatlarının uçotunun aparılması, təchizatçıların qiymət cədvəlindən "ən ucuz" prinsipi əsasında sifarişin hazırlanması, sifarişlərin yerinə yetirilməsinə nəzarət, müxtəlif növ anbar, satış, maliyyə əməliyyatları hesabat formalarını özündə cəmləşdirir. Proqram təminatı ixtiyari satış, kiçik istehsal müəssisənə tətbiq edilə bilər

AZS Arxiv

Müəssisə və təşkilatlarda istifadə edilən sənədlərin surətinin çıxardılması, elektron arxivin yaradılması, fiziki arxivin götürülməsi və onlara nəzarət edilməsi, hesabat, axtarış kimi funksiyaları özündə cəmləşdirən proqram təminatıdır.

AZS Məktəb

Təhsil müəssisələrində tədris planına uyğun dərs cədvəlinin hazırlanması üçün nəzərdə tutulmuş proqram təminatıdır. Dərs cədvəlinin hazırlanması tədris metodikasına əsasən ən optimal yerləşdirmə üsulu ilə reallaşır. Proqram təminatı inventarların uçotu, sinif, yardımçı otaqlarına nəzarət etmək üçün onlara cavabdeh şəxslərin uçotunun aparılması, valideyn şurasının qeydiyyatı və s. təhsil müəssisəsində qarşılaşılan prosesləri özündə cəmləşdirir. Bu layihənin köməkçi modulu olan AZSJurnal şagirdlərin təhsilinin qiymətləndirilməsi üçün, AZSQeydiyyat isə təşkilatda çalışan əməkdaşların və şagirdlərin şəxsi işinin aparılması və onların davamiyyəti barədə qeydiyyat jurnalıdır. AZSQeydiyyat həmçinin işə qəbul, yerdəyişmə, ezamiyyə, məzuniyyət, həvəsləndirmə, töhmət və s. bu kimi kadrla bağlı əməliyyatların qeydiyyatını aparmağa imkan verir.

AZS Hotel

Proqram təminatının iş prinsipi mehmanxanaların idarə edilməsinin avtomatlaşdırılmasından ibarətdir. Burada otaq tiplərinin, otaqların və qonaqların qeydiyyatı aparılır. Mehmanxanaya gəlmiş bütün qonaqlar haqqında məlumat bazada qeyd olunur və bununla da qonaqların təkrar gəlişi zamanı əlavə vaxt itkisinin qarşısı alınır. PT otaqların satışının səmərəliliyini artırmaq üçün əvvəlcədən bronlama etmək, otaqların təmizlik və təmir vəziyyətinin qeydiyyatını aparmaq, bununla da istənilən tarixə satıla biləcək hazır otaqların təxmini sayını müəyyən etmək imkanı verir. Proqramda həmçinin bronların ləğv olunması, otaqların dəyişdirilməsi, vaxtından əvvəl çıxış imkanları vardır. Buraya həmçinin kassa və gündəlik audit əməliyyatları daxildir. Bundan başqa müxtəlif baxış sənədləri də mövcuddur.

AZS Naşir

Ciddi-uçot blankları çap edən mətbəələr üçün nəzərdə tutulmuşdur.

AZS Radio

Onlayn yayımlanan radiolara dinləmək üçün proqram təminatı.

AZS Distributor

PT dərman distribyutorluğu ilə məşğul olan şirkətlərin onlarla əməkdaşlıq edən həkimlərin xəstlərə dərman təyinatlarının statistikasını aparmasına kömək edir.Həmçinin həkimlərə vaxtaşırı ödənilmiş məbləğlərlə onların təyin etdiyi dərmanların qiymətinin müqayisəsini aparmağa imkan verir.PT özündə geniş imkanlara malik baxış sənədlərini də cəmləşdirir.

AZS Restoran

Restoran, kafe, şadlıq evi və s. bu kimi ixtisaslaşmış müəssisələr üçün nəzərdə tutulmuşdur. Client-server prinspi ilə çalışan proqram təminatıdır. Digər analoji proqram təminatlarından yüngülləşdirilmiş olması ilə fərqlənir. Anbara mədaxil, məxaric, kassa, masa və kabinetlərə olan əməliyyatları hesabat və axtarış kimi funksiyalara malikdir. Proqram təminatı ilkin giriş ilkin satış (FIFO) prinsiplə   

AZS Karat

Tibbi vasitələr və dərmanların bazarının öyrənilməsi, öyrənilmiş bazarın məlumatları üzərində təhlillərin aparılması proqram təminatı. Proqram təminatı spesifik sahəni təmsil etməklə, bu sahədə fəaliyyət göstərən şirkətlətin çoxluğu nəzərə alınarsa, istənilən tibbi vasitələr və dərman təchizatı ilə məşğul olan şirkətə öz işini qurmağa və asanlaşdırmağa kömək edir.

AZS İH

İnnovasiya ilə işləyən hər bir insan üçün həyatının sağlam formada davamlı olaraq saxlamasına məsləhət verən və kömək edən proqram təminatı.

AZS Mİ

Sığorta şirkətlərində tibbi sığortanın avtomatlaşdırılmış uçotu sistemidir. Proqram təminatı özlüyündə ilkin təkliflərin qeydiyyatı, müqavilələrin hazırlanması, sığorta polislərinin hazırlanması, dispetçer xidmətinin qeydiyyatı, etimad həkimin qeydiyyatı, ekspertiza, mühasibatlıq modullarını cəmləşdirir. Bu layihənin köməkçi modulları AZSMİARSO və AZSMiDS uyğun olaraq xidmət göstərən təşkilatlar və apteklər üçün nəzərdə tutulmuşdur. Köməkçi modullar mərkəzlə informasiya mübadiləsi üçün ən əlverişli bir vasitədir.