Daha çevik, daha etibarlı və daha miqyaslana bilən sistemlər üçün bulud texnologiyalarına keçid.
AISTGroup müasir infrastruktur yanaşmalarını tətbiq etməklə, müəssisələrin informasiya sistemlərini bulud mühitində daha effektiv şəkildə qurmasına dəstək verir. Bulud əsaslı yanaşma həm ilkin infrastruktur xərclərini azaldır, həm də sistemin etibarlılığını və daim əlçatan olmasını təmin edir.
Hazır sistemlərin miqrasiyası və yeni həllərin bulud mühitində qurulması ilə yanaşı, təhlükəsizlik, davamlılıq və texniki xidmət məsələləri də tam şəkildə təmin olunur.
Təklif etdiyimiz xidmətlər
Bulud platformalarının qurulması və miqrasiyası
-
- Məlumat bazalarının və sistemlərin bulud mühitinə köçürülməsi
- Hybrid və tam bulud əsaslı arxitekturaların tətbiqi
- Yükə davamlılıq mexanizmləri
SaaS modellərinin qurulması
-
- Proqram təminatlarının xidmət kimi təqdim olunması (Software-as-a-Service)
- İstifadəçi əsaslı lisenziyalaşdırma və idarəetmə modelləri
- Ölçülə bilən xidmət strukturları
Bulud infrastrukturunun idarə olunması
-
- Server, domen, şəbəkə və ehtiyat nüsxə xidmətlərinin idarə edilməsi
- Resurs istifadəsinin optimallaşdırılması və avtomatik balanslaşdırma
- Real vaxt monitorinq və performans nəzarəti
Təhlükəsizlik və davamlılıq həlləri
-
- Giriş nəzarəti və autentifikasiya sistemləri
- Avtomatik backup və bərpa mexanizmləri
- Sertifikatlaşdırılmış təhlükəsizlik standartlarına uyğunluq ISO 27001)
İş prinsiplərimiz
- Mövcud infrastrukturun və resurs tələblərinin təhlili
- Uyğun bulud modeli və arxitektura planının hazırlanması
- Köçürmə və yerləşdirmə işlərinin mərhələli icrası
- Təhlükəsizlik tədbirləri və istismara hazır vəziyyətə gətirmə
- İdarəetmə və davamlı texniki dəstək
Əvvəlki layihələrimizlə tanış olmaq üçün Layihələr bölməsinə keçid edə bilərsiniz.