Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 25 fevral tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları"na uyğun qurulmuş "Çağrı mərkəzi informasiya sistemi" - müxtəlif nazirliklər və dövlət qurumlarında müasir çağrı mərkəzi (Contact Centre) sistemləri qurulmuşdur. Bu həllər vətəndaşlara sürətli, səmərəli və davamlı əlaqə imkanı yaradır. Məlumat, sorğu və şikayət xarakterli müraciətlərinin qəbul edilərək operativ şəkildə cavablandırılması məqsədinə xidmət edir. Eyni zamanda dövlət qurumlarının xidmət keyfiyyətini artırmağa yönəlmişdir.

Qurulan çağrı mərkəzləri aşağıdakı funksiyaları əhatə edir:

  • Daxil olan və əks əlaqə zənglərin idarə olunması
  • Avtomatlaşdırılmış cavab sistemləri (IVR)
  • Zənglərin qeydiyyatı və statistik təhlili
  • Operator paneli və real vaxt izləmə
  • Vətəndaş müraciətlərinin mərkəzləşdirilmiş idarə edilməsi

Bu texnoloji həllər bir neçə dövlət orqanında uğurla tətbiq olunmuşdur, o cümlədən:

  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 25 fevral tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları"na uyğun qurulmuş "Çağrı mərkəzi informasiya sistemi")
  • Səhiyyə Nazirliyi (Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 iyun tarixli 1380 nömrəli Fərmanına əsasən “Müharibə veteranları və şəhid ailələrinə psixoloji yardım və tibbi reabilitasiya üzrə Vahid Nəzarət Platforması”nın və “9109 – Çağrı Mərkəzi”nin qurulması)
  • Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (İstehlak Mallarının Ekspertizası Mərkəzi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 25 fevral tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları"na uyğun “8771 – Zəng Mərkəzi”nin qurulması)
  • Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi üçün Nazirlər Kabinetinin 2015-ci il 25 fevral tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları"na uyğun “Böyük Qayıdışın Qaynar Xətti”nin qurulması)
  • Maliyyə Nazirliyi (Azərbaycan Respublikasinin Maliyyə Nazirliyi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 25 fevral tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları"na uyğun “8778 – Çağrı Mərkəzi”nin qurulması)