AISTGroup MMC — 2011-ci ildə təsis edilmiş və informasiya texnologiyaları sahəsində ixtisaslaşmış şirkətdir. Biz dövlət və özəl sektor üçün proqram təminatının hazırlanması, sistem inteqrasiyası, bulud infrastrukturu, informasiya təhlükəsizliyi və texniki dəstək xidmətləri təqdim edirik.

AISTGroup-un təqdim etdiyi bütün həllər davamlılıq, təhlükəsizlik və uyğunluq prinsipləri əsasında formalaşır. Şirkət, həyata keçirdiyi layihələrdə yalnız texnoloji deyil, həm də hüquqi və funksional baxımdan tam uyğun sistemlər qurmağa üstünlük verir.

Bugünədək AISTGroup 100-ə yaxın iri və orta həcmli layihəni uğurla tamamlamış və bir çox dövlət qurumu üçün kompleks İT həlləri həyata keçirmişdir.

Əsas xidmət istiqamətlərimiz aşağıdakılardır

  • Sistemlərin hazırlanması və proqram təminatı
  • İnteqrasiya və avtomatlaşdırma xidmətləri
  • Bulud əsaslı xidmətlər və infrastruktur
  • İT təhlükəsizlik və audit xidmətləri
  • Texniki dəstək və xidmət sonrası müşayiət

Dövlət informasiya ehtiyatlarının inteqrasiyası, fərdi məlumatların idarəedilməsi və elektron xidmətlərin yaradılması sahəsində topladığımız təcrübə ilə AISTGroup bu gün ölkənin aparıcı İT xidmət təminatçılarından biri kimi fəaliyyət göstərir.

Əsas dəyərlərimiz

  • Texnoloji etibarlılıq – Yüksək keyfiyyətli və testdən keçmiş sistemlər
  • Uyğunluq və şəffaflıq – Yerli və beynəlxalq standartlara əsaslanan yanaşma
  • Peşəkarlıq və komanda işi – Müxtəlif sahələr üzrə ixtisaslaşmış təcrübəli komanda
  • Təhlükəsizlik və məxfilik – Fərdi məlumatların qorunması üzrə lisenziyalı fəaliyyət


Qısa faktlar

  • Təsis tarixi: 2011
  • Fəaliyyət sahələri: Proqram təminatı, sistem inteqrasiyası, İT infrastrukturu, texniki dəstək
  • Tamamlanmış layihələr: 100-ə yaxın
  • Lisenziyalar: Fərdi məlumatların işlənməsi üzrə müddətsiz lisenziya
  • Sertifikatlar: ISO 27001, ISO 9001, ISO 14001, ISO 45001

    Əsas fəaliyyət istiqamətlərimiz

İnformasiya sistemlərinin və
internet informasiya ehtiyatlarının istehsalı

İT və şəbəkə avadanlıqlarının quraşdırılması,
idarəedilməsi və texniki dəstək xidməti



E-xidmətlərin istehsalı

İT və şəbəkə avadanlıqlarının quraşdırılması,
idarəedilməsi və texniki dəstək xidməti



Dövlət informasiya ehtiyatlarının
inteqrasiyası