Haqqımızda

AİSTGroup MMC 2011-ci ildə təsis edilmişdir. Şirkət, əsasən, İT və şəbəkə avadanlıqlarının quraşdırılması, idarəedilməsi və texniki dəstək xidməti, informasiya sistemlərinin və internet informasiya ehtiyatlarının istehsalı, e-xidmətlərin işlənib hazırlanması, eləcə də dövlət informasiya ehtiyatlarının inteqrasiyası sahələrində ixtisaslaşmışdır. 

Şirkət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi, Dövlət İmtahan Mərkəzi kimi dövlət qurumlarında bir sıra uğurlu layihələr həyata keçirmişdir.

Fərəhləndirici haldır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində həyata keçirilmiş VEMTAS layihəsi ("Ünvanlı yardım" altsisistemi) Birləşmiş Millətlər Təşkilatı tərəfindən Cənub-Cənub Əməkdaşlığı çərçivəsində paylaşılması və digər Cənub ölkələrində də tətbiqi məqsədəuyğun olan müasir və səmərəli, şəffaf iş mexanizmləri kimi qəbul edilmişdir. Bu altsistem qabaqcıl təcrübə kimi BMT-nin "Ərəb ölkələri, Avropa və MDB regionlarında Cənub-Cənub Əməkdaşlığı çərçivəsində Əməkdaşlıq Mexanizmləri və Həllər" adlı portalında yerləşdirilmişdir. Eyni zamanda, Dünya Bankının ekspert qrupunun müraciəti nəzərə alınmaqla həmin təşkilatın Vaşinqton şəhərindəki (ABŞ) mərkəzi ofisi üçün VEMTAS-ın videokonfrans vasitəsilə geniş təqdimatı da keçirilmışdir.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin “Çağrı Mərkəzi vasitəsilə avtomatlaşdırılmış pensiya təyinatı” xidməti Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Müsbət Təcrübə üzrə Fəxri Diplomuna (Certificate of Merit) layiq görülmüşdür. Azərbaycan Şərqi Avropa və Müstəqil Dövlətlər Birliyi məkanında Çağrı Mərkəzi vasitəsilə avtomatlaşdırılmış pensiya təyinatı həyata keçirən ilk ölkə olmuşdur.

Şirkətin başqa bir layihəsi – "Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi" informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində Azərbaycanın uğurlu təcrübəsi kimi BMT-nin ixtisaslaşdırılmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) “Çempion layihə” mükafatına layiq görülmüşdür. Bu mükafat 2017-ci ilin 13 iyun tarixində BTİ-nin Cenevrə şəhərində keçirilən “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti 2017” tədbirində təşkilatın Baş Katibi tərəfindən təqdim olunmuşdur.  AİSTGroup MMC həmçinin bir sıra biznes qurumlar üçün çeşidli proqram məhsulları hazırlamışdır. Şirkət bir sıra məşhur aparıcı İT şirkətlərlə partnyorluq əlaqələrinə malikdir. AİSTGroup MMC “Fərdi məlumatların informasiya ehtiyatlarının  formalaşdırılması və   informasiya sistemlərinin yaradılması, onlara xidmət göstərilməsi fəaliyyətinə lisenziya"ya (müddətsiz) malik ilk şirkətdir.

Məhsullarımız

İşlərimizi beynəlxalq standartlar çərçivəsində qurmağa çalışırıq. Şirkətimiz bu məqsədlə İSO 9001:2015 və ISO 27001:2015  sertifikatının alınması istiqamətində işlər aparır. Biz əldə etdiyimiz uğurlarla kifayətlənmirik, daima inkişaf etmək istiqamətində davamlı fəaliyyət göstəririk.

• Çağrı mərkəzi 

• Elektron xidmətlərin hazırlanması

• Vətəndaşların qəbulu

• Elektron sənəd dövriyyəsi

• Kadr uçotu

• Mühasibatlıq uçotu

• İstehsalat prosesinin təşkili

• Tapşırıqların idarə edilməsi

• Mərkəzləşdirilmiş informasiya sistemi

• Yoxlamaların avtomatlaşdırılmış informasiya sistemi

ƏSAS FƏALİYYƏT İSTİQAMƏTLƏRİ


 İnformasiya sistemlərinin və
 internet informasiya ehtiyatlarının istehsalı

 Dövlət informasiya ehtiyatlarının inteqrasiyası



  E-xidmətlərin istehsalı

  Sistem inteqrator



 İT və şəbəkə avadanlıqlarının quraşdırılması,
 idarəedilməsi və texniki dəstək xidməti

Bu saytda kukilərdən (cookie  – “qurabiyə”. HTTP protokolu tərəfindən dəstəklənən, ölçüsü 4 Kbaytadək olan və istifadəçi haqqında verilənlərdən ibarət olan mətn yazısı)  istifadə edilir. Cookie nədir?